"Qarabağ"ın rəqibi yoldaşlıq görüşünə çıxacaq

17:19 - 5 Sentyabr 2023

Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Bayer" yoldaşlıq görüşü keçirəcək.

Sportal.az xəbər verir ki, Leverkuzen klubu milli komandalara görə verilən fasilədən səmərəli istifadə etmək istəyir.

Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv sentyabrın 7-də Regionalliqada yarışan "Allemanniya” ilə üz-üzə gələcək.

"Qarabağ"ın "Bayer"lə matçları oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda baş tutacaq.

Xəbər xətti