"Beşiktaş" heyətinə daha bir legioner qatıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"dən Erik Bayi ilə güclənib.
29 yaşlı müdafiəçi ilə 1+2 illik şərtilə müqavilə imzalanıb. Adıçəkilən futbolçu son mövsümü icarə əsasında "Marsel"də keçirib.
29 yaşlı futbolçu "Espanyol", "Vilyarreal"da oynadıqdan sonra 2016-cı ildə "Mançester Yunayted"ə transfer olmuşdu.
saytlarin hazirlanmasi