"Vilyarreal" baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kike Setyen postundan göndərilib.
Buna səbəb İspaniya klubunun qeyri-stabil çıxışı olub.
64 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrında komandanın baş məşqçisi təyin edilmişdi.
O, Ekvatoriyal Qvineya millisi, həmçinin “Luqo”, “Loqrones”, “Las-Palmas”, “Betis”, “Barselona” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi