İspaniyalı müdafiəçi Serxio Ramos "Sevilya"ya qayıdışını şərh edib.
Sportal.az xəbər verir ki, “Mirror”a açıqlama verən təcrübəli futbolçu Əndəlusiya klubuna dönüşü haqda bunları deyib:
"Düzü, məni idarə edən ürəyim idi, pul yox. Burada puldan söhbət gedə bilməz. Buna görə də Səudiyyə Ərəbistanı və MLS liqasına getmədim. Bu, risk olsa da, gerçəkləşən arzudur".
37 yaşlı futbolçu "Sevilya"nın yetirməsidir. O, 2005-ci ildə adıçəkilən klubdan ayrılaraq "Real"a keçmişdi.
saytlarin hazirlanmasi