İtaliya millisinin sabiq qapıçısı Canluci Buffonun yeni iş yeri bəlli olub.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, son olaraq "Parma"nın qapısını qoruyan və aktiv futbolçu karyerasını yekunlaşdıran Buffon İtaliya millisində işləyəcək.
O, baş məşqçi Luçano Spalettinin köməkçisi təyin edilib. 45 yaşlı veteran qolkiper Buffon millidə qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
saytlarin hazirlanmasi