"Sabah"ın yeni transferi: "Mənim üçün yeni başlanğıcdır"

09:31 - 6 Sentyabr 2023

"Sabah"ın yeni transferi Cessi Sekidika klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu yeni klubundan gözləntilərindən danışıb:

"Mən burada olmaqdan xoşbəxtəm. Burada məni səmimi qarşıladılar. Hamı mənimlə çox mehribandır. “Sabah” mənim üçün yeni başlanğıcdır. Yeni klubda vəzifəm bu mövsümü uğurlu çıxış etmək və komanda ilə avrokuboklarda iştirak etməkdir. Yeni komandamın potensialını görürəm”.

27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Sekidika karyerası ərzində Serbiyanın "Napredak" (2015-2018), Türkiyənin "Eskişehirspor" (2018-2020), "Qalatasaray" (2020-2021), "Konyaspor" (2021), "Eyüpspor" (2022), "Ümraniyespor" (2023) və Belçikanın "Leven" (2021) klublarında oynayıb. O, "Sabah"da 70 nömrəli formada çıxış edəcək.

Xəbər xətti