"Mançester Yunayted"in müdafiəçi Aaron Van-Bisakanın nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq müdafiəçinin performansından tam razıdır. "Transfer pəncərəsi" bağlandıqdan sonra "Mançester Yunayted"in rəhbərliyi 25 yaşlı futbolçu ilə əməkdaşlığın uzadılması ilə bağlı müzakirələri davam etdirməyə hazırdırlar.
Van-Bissaka 2019-cu ildə “Kristal Pelas”dan "Mançester Yunayted"ə keçib. 2022/2023 mövsümündə müdafiəçi "qırmızı şeytanlar"ın heyətində bütün yarışlarda 30 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi