Belçika millisinin üzvü ölkəsində oynaya bilər

10:17 - 6 Sentyabr 2023

"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Torqan Hazard karyerasını Belçika çempionatında davam etdirə bilər.

Sportal.az "Nieuwsblad"a istinadən xəbər verir ki, onunla "Anderlext" maraqlanır.

Tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilir. 30 yaşlı futbolçu “Lans”, “Çelsi”, “Zulte-Varegem”, “Borussiya”(Münhenqladbax), PSV klublarında oynayıb. Yaxın günlərdə "Anderlext"in Hazardla rəsmi müqavilə imzalayacağı gözlənilir.
 

Xəbər xətti