Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Mohamed Salah üçün danışıqlara davam edir.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ərəblər "Liverpul"a 200 milyon funt-sterlinq təklif edib.
Səudiyyə Ərəbistanı klubunun nümayəndələri danışıqları başa çatdırmaq üçün Londona uçublar. Transferin bu həftə yekunlaşacağı gözlənilir.
31 yaşlı futbolçu "Əl-Mokavlun", "Bazel", "Çelsi", "Fiorentina", "Roma"da oynadıqdan sonra 2017-ci ildə "Liverpul"a keçib.
saytlarin hazirlanmasi