Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə də özünə yeni komanda tapıb.
Sportal.az saytına verilən məlumata görə, müdafiəçiyə “Füzili”dən təklif gəlib.
Məlumata görə, tərəflər arasında razılıq əldə edib.
O, bu mövsüm II Liqada mübarizə aparan kluba kömək olacaq.
31 yaşlı futbolçu "Neftçi", "Simurq", "Qarabağ", "Sabah", "Səbail", "Çelik", "Şkupi", "Keşlə", "Kəpəz" klublarında oynayıb.
Xatırladaq ki, "Füzuli" bundan əvvəl Təmkin Xəlilzadə ilə anlaşmışdı.
saytlarin hazirlanmasi