"Qarabağ" Çempionlar Liqasının qrupuna da vəsiqə qazana bilərdi, çünki onlar "Rakov"dan güclü idi"

14:49 - 6 Sentyabr 2023

"Qarabağ"ın Avropa Liqasında qruplara qalması məni çox sevindirdi. Onlar buna çox layiq idi. Çünki həqiqətən yaxşı oyunlar oynadılar".

Bu sözləri Sportal.az saytına açıqlamasında Danilo Dias deyib. "Qarabağ"ın sabiq futbolçusu Azərbaycan çempionunun avrokuboklardakı çıxışını dəyərləndirib. Bununla yanaşı, braziliyalı Ağdam klubunun Avropa Liqasında yer aldığı H qrupundan çıxmaq şansının olduğunu söyləyib:

"Qarabağ"ın uzun illərdir ki, avrokuboklarda qruplara vəsiqə qazanması sadəcə möhtəşəmdir. Özünüz də görürsüz, Avropada büdcəsi yüksək olan komandalar var ki, hər mövsüm qruplara vəsiqə qazanmağı bacarmır. Lakin "Qarabağ" artıq bu işin öhdəsindən gəlib. Tez-tez dəyişən müasir futbola da uyğun oyun nümayiş etdirirlər. Bu mövsüm hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa yaxın idilər. Məncə, "Qarabağ" "Rakov"dan da güclü idi, Polşa klubundan daha yaxşı oyun nümayiş etdirdi. Sadəcə futbolda bəzən belə də olur. “Qarabağ” Avropa Liqasında güclü qrupa düşüb, amma məncə, onlar uğurlu nəticə qazanmağı bacaracaq".

Xəbər xətti