Danimarka millisinin qapıçısı Kasper Şmeyxel karyerasını Belçika çempionatında davam etdirməyə yaxındır.
Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, təcrübəli qolkiper “Anderlext”lə müqavilə imzalayacaq.
Şmeyxelin son klubu Fransanın "Nitsa" klubu olub.
Ancaq onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında son verilib.