Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika yığması ilə Bakıda keçiriləcək oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, “VoetbalGokken.nl” portalına danışan italiyalı mütəxəssis görüşdən gözləntisi haqda bunları deyib:
“Belçikaya qarşı matç asan olmayacaq. Rəqibin heyətində ulduzlar var və komanda FİFA reytinqində yüksək yer tutur. Çox güclü klublarda oynayan futbolçuları var. Azərbaycan millisinin əksər oyunçuları isə öz çempionatında çıxış edir. Amma biz öz oyunumuza sadiq qalacağıq və bu matçda məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik. Belçikaya təslim olmaq fikrində deyilik. Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq bizim üçün çətin olacaq. Azərbaycan millisinin səviyyəsi o qədər də yüksək olmasa da, ildən-ilə yüksəlir. Yaxşı oyunçularımız var. Əsas problem kadrların zəif seçilməsindədir".
saytlarin hazirlanmasi