Belçika milli komandasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan (9 sentyabr) və Estoniya (12 sentyabr) komandalarına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunları ilə bağlı fikirlərini bildirib.
Sportal.az “VoetbalGokken.nl” portalına danışan Tedesko zədə səbəbindən Azərbaycanla görüşdə iştirak edə bilməyəcək oyunçular haqda da danışıb:
"Milli komandaların oyunları üçün heyət seçmək heç vaxt asan deyil. Lakin Azərbaycan və Estoniya ilə matçlar xüsusilə çətin idi. Tibo Kurtua və Kevin De Bruynenin yoxluğu hiss ediləcək. Romelu Lukakunu milliyə dəvət etmək heç vaxt problem olmayıb. Ona görə də o, bizimlədir. Son oyunlarda gördük ki, Romelu bizim üçün həm meydanda, həm də meydandan kənarda çox önəmlidir. Onunla daim əlaqə saxlayırıq, klublarla bağlı vəziyyətindən xəbərdar idim. Görək o, hansı vəziyyətdədir. Azərbaycanla oyundan sonra ona qiymət verəcəyik".
Azərbaycan - Belçika oyunu "Dalğa Arena" stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi