Şahruddin millidən ayrıldı, bu klubla müqavilə üçün Türkiyəyə yollandı

13:10 - 6 Sentyabr 2023

"Qarabağ"ın qolkiperi, Azərbaycan millisinə dəvət edilmiş Şahruddin Məhəmmədəliyev yığmanın düşərgəsini tərk edib.

Sportal.az saytına verilən məlumata görə, qolkiper Türkiyəyə yollanıb. Buna səbəb isə onun yeni komandası ilə müqavilə imzalamasıdır. Belə ki, Məhəmmədəliyev "Adana Dəmirspor"la anlaşıb. O, Türkiyə klubu ilə üç illik müqavilə imzalayacaq.

Onun "Qarabağ"la müqaviləsi qüvvədə olsa da, klub onu təzminatsız "Adana Dəmirspor"a keçidinə şərait yaradıb.

Xəbər xətti