"Azərbaycanla oyun bizim üçün faciəvi ssenari ilə alına bilərdi"

13:19 - 11 Sentyabr 2023

Belçika millisinin sabiq müdafiəçisi Filip Alber AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Bakıda Azərbaycan millisi üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportal.az xəbər verir ki, “Le Soir”ə açıqlama verən veteran futbolçu bunları deyib:

"Komandamız ilk hissədə yaxşı deyildi, amma ümumilikdə hər şey bizim üçün istənilən səviyyədə keçdi. Zəif görünən ikinci hissə haqqında dəqiq nəsə demək çətindir. Belçika millisi ağıllı oynamırdı. Dokudan başqa ikinci hissədə meydana çıxanların heç biri yaddaqalan olmadı. Oyunun sonu isə heç yaxşı alınmadı.Sonda qalibiyyət hesabını qoruyub saxlaya bildik, qalanını da unutmaq lazımdı. Azərbaycanla oyun bizim üçün faciəvi ssenari ilə alına bilərdi. Bunun üçün hər şey var idi. Xoşbəxtlikdən hər şey qaydasında getdi".

56 yaşlı futbol adamı karyerası ərzində “Anderlext”, “Nyukasl”, “Fulhem” klublarında, həmçinin 1987-1997-ci illərdə Belçika millisinin şərəfini qoruyub.

Xəbər xətti