PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin sentyabrda İtaliya millisinin heyətində yer almaması bir çox müzakirələrə səbəb olub.
Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin millidə yer almaması Luçano Spallettinin qərarı deyilmiş
Belə ki, futbolçunun özü milliyə gəlməkdən imtina edib. O, gələn təkliflərlə bağlı qərar vermək üçün bir neçə görüşdə iştirak edəcək.
Verratti karyerasını Yaxın Şərqdə davam etdirmək qərarı ilə millinin məşqçilər korpusunu da təəccübləndirib. Onun İtaliya millisindəki gələcəyi şübhə altındadır.
Qeyd edək ki, Verattinin Səudiyyə Ərəbistanı və ya Qətər klublarından birinə keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi