Azərbaycan milli komandasının sabiq müdafiəçisi Deni Qaysumov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya 0:1 hesabı ilə uduzdu. Azərbaycan millisinin məğlubiyyəti sənin üçün gözlənilməz oldu?
- Belçika millisinə məğlubiyyət üzücü oldu. Buraxılan qol da kuryoz oldu. Halbuki, millimiz yaxşı oynadı, topa sahib oldu. Amma hücumda kəskinlik yox idi, qol vəziyyətləri yaratmadıq. Uduzanda isə heç olmasa hesabı bərabərləşdirməyə çalışmalısan, amma alınmadı.
- Azərbaycan millisi qrupda dörd oyun keçirib və cəmi bir xala malikdir. Nəticələr uğursuzdur...
- Avstriya və İsveçə məğlubiyyətlər hələ də ağlıma sığmır. Çünki onlara uduzmamalıydıq. Təbii ki, bu oyunlardakı nəticələrə görə üzülürük. Bəli, Estoniya ilə heç-heçə də sevindirici deyil. Çünki onlara qalib gələcəyimizə əmin idim.
- Bəs, bundan sonra millimiz qrupda uğurlu nəticələr qazana bilər?
- Komandaya inanmaq lazımdır. İndi milli komanda üçün daha bir oyun var. Bu, həyati vacib görüşdür. Təbii ki, tsikldəki növbəti görüşü deyirəm.
Oyuna final matçına çıxırmışlar kimi, çıxmalıdırlar. O zaman müsbət nəticə olacaq. Millimiz bundan sonrakı matçlara final kimi yanaşmalıdır.
- Tez-tez deyirlər ki, Azərbaycan millisinə hazırda ən güclü futbolçular toplaşıb. Bununla razısınız?
- Belə deyirlərsə, inanmaq olar. Milliyə layiqli oyunçular toplanıb. Məncə, hələ Ayaz Quliyevi də yığmaya cəlb etmək lazımdır.
- Vaxtilə “Spartak”da oynamış Ayaz Quliyev “Sabah”la müqavilə imzaladı. Onun transferi barədə fikriniz necədir? Azərbaycan millisindən təkliflər var. Amma gəlmək istəmirdi...
- Yəqin ki, Ayazın bundan sonra gələcəyi ilə bağlı qərar verməli id. Onlar arasında da ən yaxşısını seçib. Bu o deməkdir ki, Ayazın Azərbaycan millisində oynamaq vaxtı çatıb.
- Sizcə, "Sabah"da yaxşı oynasa, Azərbaycan millisinə cəlb olunacaq?
- Bəli, Ayaz milliyə layiqli, səviyyəli futbolçudur. Özü də millidə oynamalıdır.
- Uzun illər hamı deyirdi ki, Ramil Şeydayev, Emin Mahmudov, Ayaz Quliyev Azərbaycan millisinə dəvət olunsa, yaxşıdır. Amma onlardan ikisi artıq millidədir, lakin yenə də millinin nəticələri ürəkaçan deyil. Demək ki, onlar da yığmaya güc qatacaq oyunçular deyil?
- Üç - dörd güclü oyunçu çox yaxşıdır. Yığmadakı futbolçularımızı bir ideya üçün birləşdirməliyik. Eyni vəzifələr, strategiya hazırlanmalıdır. Ümid edirəm ki, bu baş verəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi