“Real” və İspaniya millisinin müdafiəçisi Daniel Karvahal birlikdə oynadığı ən yaxşı futbolçuların adını çəkib.
Sportal.az xəbər verir ki, “Marca”ya danışan ispan futbolçu bunları deyib:
"Birlikdə oynadığım ən yaxşı oyunçular Kristiano Ronaldo, Serxio Ramos və Luka Modriçdir. Onlar səninlə danışanda bütün beş duyğunu ayıq tutmalısan. Nəyisə izah edəndə onu qeyd etməlisən. Görürsünüz də, səhər saat 6-da məşqə gəlirlər. Bu inanılmazdır”.
Qeyd edək ki, Daniel hər üç futbolçu ilə "Real"dan komanda yoldaşıdır. 31 yaşlı futbolçu 2013-cü ildə "Bayer"dən (Leverkuzen) "Real"a keçib.
saytlarin hazirlanmasi