"Fənərbaxça" Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşi heyətinə qatmağı planlaşdırır.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Everton”un yarımmüdafiəçisi üçün danışıqlara start verib.
Türkiyə klubu keçidi sentyabrın 15-nə kimi həll etmək istəyir.
30 yaşlı futbolçunun “Everton”la müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir. Qomeş karyerası ərzində “Benfika”, “Valensiya”, “Barselona”, “Lill” klublarında oynayıb.
saytlarin hazirlanmasi