İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro yığma komandanın son illərdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “II Messaggero”ya danışan veteran futbolçu ölkə futbolunun problemlərindən söz açıb:
"Berlindən sonra nəsə pozuldu. Biz iki dəfə dünya çempionatından kənarda qaldıq və iki dəfə də ora vəsiqə qazana bilmədik. Düşünürəm ki, problemlər idarəçiliklə və texniki planla bağlıdır. Futbolumuzu gücləndirməliyik. Başqa yolumuz yoxdur".
49 yaşlı veteran futbolçu 1997-2010-cu illərdə İtaliya millisində 136 oyuna çıxıb 2 qol vurub.
saytlarin hazirlanmasi