Bir müddətdir ki, "Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı iddialar var.
Sportal.az xəbər verir ki, ötən mövsüm qış “transfer pəncərəsi” zamanı Ağdam təmsilçisini Rusiya klubuna dəyişmiş braziliyalının Azərbaycana qayıdacağı gözlənilirdi. Bunun nə dərəcədə real olub-olmadığını öyrənmək üçün futbolçunun meneceri Helsio Aliskə müraciət etdik. O, saytımıza saytına açıqlamasında Kadinin "Qarabağ"a geri dönməsinin gündəmdə olmadığını bildirib:
"Kadi "Qarabağ"ı çox sevir. Amma onun bu komandaya geri qayıdacağı xəbərləri doğru deyil. O, "Krasnodar"ın futbolçusudur və bu komanda üçün mübarizə aparır. Kadinin icarəyə verilməsi və ya satılması isə gündəmdə deyil".
Braziliyalı ötən mövsüm qış “transfer pəncərəsi”ndə “Qarabağ”dan “Krasnodar”a keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Rusiya klubu məxsusdur.
Mirbağırağa
saytlarin hazirlanmasi