Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə paylaşım edib.
Sportal.az xəbər verir ki, "Qarabağ"dan ayrılan qolkiper instaqram səhifəsində hekaye bölümündə Qurban Qurbanov haqda yazıb:
"Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağol Hoca. Allah sizdən razı olsun!".
Qeyd edək ki, 29 yaşlı qolkiper "Adana Dəmirspor"la iki illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi