“Barselona” və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan zədələnib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, təcrübəli futbolçu Almaniya millisinin Fransa ilə yoldaşlıq görüşündə sıradan çıxıb.
32 yaşlı yarımmüdafiəçi ilk hissənin ortalarında əvəzlənmək məcburiyyətində qalıb.
Gündoğanın məşqlərə nə vaxt qayıdacağı bu gün tibbi müayinədən sonra bəlli olacaq.
saytlarin hazirlanmasi