"Sabah" növbəti transferi həyata keçirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Masazır klubu İsak Belfodillə anlaşıb. Tezliklə transfer rəsmən açıqlanacaq.
Bu barədə "Sabah"ın sosial şəbəkə hesabında anons verilib. Yeni transferin kimliyi açıqlanmasa da, oynadığı klubların adı qeyd olunub.
O, karyerası ərzində "Lion", "Bolonya", "İnter", "Parma", "Verder", "Hoffenhaym", "Herta"da oynayıb. Belfodilin son komandası Qətərin "Əl Qarafa" komandası idi.
saytlarin hazirlanmasi