"Yuventus" "Arsenal"ın futbolçusu Tomas Partini transfer etməkdə israrlıdır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" Pol Poqbanın dopinq testinin müsbət çıxmasından sonra onun mövqeyini məhz qanalı ilə gücləndirmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir.
"Arsenal"la müqavilə 2025-ci il iyunun 30-na qədər qüvvədə olan Parti özü də İtaliyaya yollanmaq niyyətindədir. 30 yaşlı futbolçu "Atletiko"(Madrid), Almeriya", "Malyorka" klublarında oynadıqdan sonra 2020-ci ildə "Arsenal"a keçib.
saytlarin hazirlanmasi