"Lion"un yeni çalışdırıcısının adına aydınlıq gəlib.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, fransızlar Fabio Qrosso ilə anlaşıb.
İtaliyalı bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Loran Blanı əvəzləyəcək.
Qeyd edək ki, Qrosso 2007-2009-cu illərdə "Lion"un futbolçusu olub. O, İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi