"Sabah" BK heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 204 sm boya malik 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla 1 illik müqavilə imzalanıb.
Geniş avrokubok təcrübəsinə malik Artyoms Butyankovs klub karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaja”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.
saytlarin hazirlanmasi