"Adana Dəmirspor"un qolkiperi Şahruddin Məhəmmədəliyev yeni komandasında geyinəcəyi forma nömrəsini seçib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı yeni komandasında 71 nömrəli formanı geyinəcək.
Türkiyə klubu Şahruddini artıq Superliqa matçları üçün iştirak ərizəsinə daxil edib.
Belədə, o, sentyabrın 16-da Superliqanın 5-ci turunun “Pendikspor”la oyununda debüt edə bilər. 29 yaşlı qapıçı "Adana Dəmirspor"la iki illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi