Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İngiltərəyə köçə bilər.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Xviçanın xidmətində maraqlıdır.
"Qırmızı şeytanlar"ın rəhbərliyi gürcü futbolçu üçün danışıqlara start verib.
İngiltərə klubunun bu transferi həyata keçirib-keçirə bilməyəcəyi yaxın günlərdə dəqiqləşəcək. Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi