Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha üç legioneri transfer edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yüksək Liqada debüt edəcək komanda rusiyalı voleybolçular - Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə müqavilə imzalayıb.
Hər üç idmançı mövsümün sonuna qədər adıçəkilən komandanın formasını geyinəcək.
Tyuşeva son olaraq Rusiyanın “Voronej”, Balberova “Derjava”, Qotselyuk isə “Murom” klublarında oynayıb.
saytlarin hazirlanmasi