Premyer Liqa klubunda yeni müqavilə

16:18 - 14 Sentyabr 2023

İngiltərənin "Bornmut" klubu Dominik Solankenin müqavilə müddətini artırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı forvard üçün Premyer Liqa təmsilçisinə bir çox təkliflər gəlsə də, klub onunla yollarını ayırmaq istəməyib.

Solankenin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Adıçəkilən hücumçu 2022/2023 mövsümündə 35 matça çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. İngiltərə millisinin hücumçusu “Çelsi”, “Vitess”, “Liverpul”da oynadıqdan sonra 2019-cu ildə “Bornmut”a keçib.

Xəbər xətti