UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Sportal.az xəbər verir ki, buna səbəb AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiya qarşı keçirilən görüşdə yerli azarkeşlərin siyasi təxribata əl atmasıdır.
Məsələ burasındadır ki, onlar Xorvatiya ilə görüşün gedişində separatçı rejimin "bayrağ"ını dronla havaya qaldırıb.
Digər ittihamlar atəşfəşanlığın istifadəsi, ictimai keçidlərin bağlanması və matçın başlamasının gecikdirilməsi ilə bağlıdır. UEFA İntizam Komitəsinin qərarı yaxın günlərdə veriləcək.
saytlarin hazirlanmasi