“Zəngəzur” Bolqarıstanda davam edən minifutbol üzrə Avropa kuboku turnirində növbəti görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, təmsilçimiz bu gün 1/8 final mərhələsində “Mehkit” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 13:00-da başlayacaq.
“Zəngəzur” qrup mərhələsində Bolqarıstanın “Qalaktiko Vratsa” (2:0), Yunanıstanın TMT (3:3) və Çexiyanın “Veşka Olomouc” klubları (1:1) ilə qarşılaşmışdı.
saytlarin hazirlanmasi