"Neftçi"nin futbolçusu: "Araz-Naxçıvan" istənilən rəqibdən xal ala bilər"

12:14 - 15 Sentyabr 2023

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev komandasının Premyer Liqanın 6-cı turunun “Araz – Naxçıvan”la matçına hazırlığından danışıb.

Sportal.az xəbər verir ki, “Neftçi TV”yə açıqlama verən yarımmüdafiəçi matçdan gözləntilərini söyləyib, rəqib barədə fikirlərini deyib: 

"Qəbələdə kiçik təlim-məşq toplanışı keçirdik. Düşünürəm ki, bu çox vacib idi, çünki mövsüm başlamazdan əvvəl hazırkı heyətlə toplanış keçməmişdik. “Araz-Naxçıvan” hazırda yüksəlişdədir. Onların yüksək qol instinkti olan təhlükəli oyunçuları var. Yaxşı müdafiə olunurlar, qol epizodları yaradırlar. Onlar çempionat matçlarında da qollarını vura bilirlər, bunu da göstəriblər. “Araz-Naxçıvan” istənilən rəqibdən xal ala bilər. Bizi çətin, lakin maraqlı qarşılaşma gözləyir. Mənə gəlincə, indi komandaya və oyun sisteminə tam uyğunlaşdım. Bununla bağlı heç bir problem yaşamamışam".

Xəbər xətti