"Çelsi"nin müdafiəçisi Ris Ceyms karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportal.az “Diario AS”a istinadən xəbər verir ki, 23 yaşlı ingilis futbolçu üçün “Real” hərəkətə keçib.
Madrid klubunun rəhbərliyi Ceymsi Daniel Karvahalın uzunmüddətli əvəzedicisi kimi görür.
23 yaşlı müdafiəçi 2018-ci ildən “Çelsi”nin futbolçusudur. O, bir mövsümlük “Viqan”da icarədə oynayıb. Ceymsin London klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-da başa çatacaq.