“Zəngəzur” Bolqarıstanda davam edən minifutbol üzrə Avropa kubokunda növbəti mərhələyə adlayıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz bu gün 1/8 finalda yerli “Mehkit” klubu ilə qarşılaşıb.
Matç “Zəngəzur”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belədə, Azərbaycan çempionatının bürünc mükafatçısı 1/4 finalda oynamaq haqqı qazanıb. “Zəngəzur” bu mərhələdə İsrailin “Red Mit Tadrian” klubu ilə qarşılaşacaq. Azərbaycan klubu mərhələsində Bolqarıstanın “Qalaktiko Vratsa” klubuna (2:0) qalib gəlib, Yunanıstanın TMT (3:3) və Çexiyanın “Veşka Olomouc” klubları (1:1) ilə bərabərə qalmışdı.
saytlarin hazirlanmasi