Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə Monteneqro yığmasına qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da Podqoritsada keçiriləcək Monteneqro - Azərbaycan qarşılaşmasını İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Maral Mirzai Beni
Baş hakimin köməkçiləri: Camilla Stendahl, Tilde Larsson
Dördüncü hakim: Hanna Laajanen