"Qarabağ" - "Sabah" matçına böyük maraq

10:36 - 17 Sentyabr 2023

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, bu gün keçiriləcək görüşə artıq 4500 bilet satılıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Qeyd edək ki, matç saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti