İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi

13:45 - 19 Sentyabr 2023

 

İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, bu gün baş tutan toplantıda aşağıdakı qərarlar qəbul edilib:

15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə” klubu 1500 manat cərimə edilir (maddə 39.1);

15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Sumqayıt” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);

15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 52.1);

15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);

16.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);

16.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 11);

17.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 51.8);

17.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);

Xəbər xətti