“Sabah” qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur. O, əsas komandada ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.
Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.
saytlarin hazirlanmasi