Azərbaycan Premyer Liqasında 9-cu turun daha iki görüşü keçirilib.
Sportal.az xəbər verir ki, Qəbələdə keçirilən "Qəbələ" - "Səbail" görüşündə bir qol vurulub. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv son dəqiqə qolu ilə rəqibini məğlubiyyətə uğradıb.
Günün ikinci görüşü "Bank Respublika Arena"da baş tutub. "Sabah" evdə "Araz-Naxçıvan"a qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
IX tur
7 oktyabr (şənbə)
“Qəbələ” – “Səbail” 0:1
Qol: Rüfət Abdullazadə 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 16:00
“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Nuriyev 82 - Belfodil (avtoqol) 76
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”, 18:00