Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Turan Tovuz"la qarşılaşacaq. Oyun saat 16:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.
Qeyd edək ki, Premyer Liqada 9 turdan sonra "Araz-Naxçıvan" 4-cü, "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi