“Spartak”ın (Varna) futbolçusu Romişu İveyu karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportal.az “sportal.bg” portalına istinadən xəbər verir ki, adıçəkilən futbolçu Premyer Liqa klublarımızın diqqət mərkəzindədir.
Bolqarıstan mətbuatının yazdığına görə, Azərbaycan adı açıqlanmayan klublarından biri 29 yaşlı panamalının bu qış mümkün transferi ilə bağlı "Spartak" rəhbərliyi ilə artıq razılıq əldə edib. Vinger 2022-ci ildən “Spartak”da (Varna) oynayır. O, Panama milisinin də üzvüdür.
saytlarin hazirlanmasi