Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);
21.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
21.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Sabah” – “Sumqayıt” oyununun 78-ci dəqiqəsində “Sabah” klubunun meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 42.4);
22.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);
22.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 60-cı dəqiqəsində “Qəbələ” klubunun 72 nömrəli futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
saytlarin hazirlanmasi