"Karvan" azarkeşlərinə görə cərimələndi

13:56 - 31 Oktyabr 2023

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantında I Liqanın VI turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zaqatala” – “Araz Saatlı” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);

“Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);

“Karvan” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Karvan” klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Karvan” klubu 50 manat cərimə edilir (maddə 36.5);

“Karvan” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Karvan” klubunun 6 nömrəli futbolçusu Anqenor Qnapi ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Karvan” klubu 50 manat cərimə edilir (maddə 36.5);

“Karvan” – “Qaradağ Lökbatan” oyununun 89-cu dəqiqəsində “Karvan” klubunun azarkeşləri tərəfindən qonaq klubun ehtiyat skamyası istiqamətində kənar əşya atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 52.1);

MOİK – “Mingəçevir” oyununun 22-ci dəqiqəsində MOİK klubunun 44 nömrəli futbolçusu Samir İbrahimov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5).

Xəbər xətti