“Bornmut”un müdafiəçisi Loyd Kelli böyük klubların maraq dairəsindədir.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ingilis futbolçu “Borussiya” (Dortmund), "Yuventus", "Fulhem" və "Vest Hem"in transfer siyahısındadır.
Onun hazırkı klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Futbolçu özü isə adıçəkilən klublar arasında “Yuventus”a keçməkdə israrlıdır. 25 yaşlı müdafiəçi "Bristol Siti"də oynadıqdan sonra 2019-cu ildə "Bornmut"a keçmişdi.
saytlarin hazirlanmasi