İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "İnter"i çalışdıran Simeone İnzagi layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssisin mükafatı ölkə çempionatının "İnter" - "Frozinone" matçından öncə təqdim olunacaq.
Qeyd edək ki, "İnter" A Seriyasında oktyabr ayında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
saytlarin hazirlanmasi