"Qarabağ" "Kəpəz"i, "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub etdi - YENİLƏNİB

19:56 - 4 Noyabr 2023

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i sınağa çəkib. Oyun Ağdam təmsilçisinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb.

İkinci görüşdə isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma "kimyaçılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz” 7:1
Qollar:
Yassin Benzia, 2, 15, 43, Toral Bayramov, 12, Juninyo, 36, Leandro Andrade, 51, Nəriman Axundzadə, 63 - Adama Niane, 18
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar:
Rövlan Muradov, 15, Roi Kehat, 69
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Kapital Bank Arena”

Xəbər xətti