Azərbaycanlı futbol məşqçisi Valeh Qafarov özünə yeni iş yeri tapıb.
Sportal.az saytına verilən məlumata görə, uzun illərdir ki, İsveçdə yaşayan Qafarov "Örebro"dan ayrılıb. O, qadın futbolunda işləməyə davam edəcək.
Belə ki, həmyerlimiz İsveç aşağı liqasında yarışan "Karslund IF" komandasına baş məşqçi təyin edilib. Onun qarşısına komandanı yüksək liqaya çıxarmaq vəzifəsi qoyulub.
Qafarov buna qədər "Örebro"da həm kişi, həm də qadın futbol komandalarında işləyib. Son dəfə o, "Örebro"nun U-14 qızlar komandasını çalışdırırdı.
saytlarin hazirlanmasi